Hindistan mütləq BMT Təhlükəsizlik Şurasının daimi üzvü olacaq, lakin bu, asan olmayacaq.
“İNFONEWS” TASS-a istinadən xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar Avstraliyanın Pert şəhərində hind diasporu ilə görüşündə deyib.
“Biz orada olacağıq. Mən 100 % əminəm ki, biz orada olacağıq. Amma düzünü deyim ki, biz ora asanlıqla çatmayacağıq, çünki dünyada böyük rəqabət var”, – nazir bildirib.
Cayşankarın sözlərinə görə, Hindistanı Təhlükəsizlik Şurasına daimi üzv olmaq yolunda əngəlləməyə çalışacaq qüvvələr var.