Bakıda avtomobil 30 yaşlı piyadanı vurub

Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İNFONEWS”  xəbər verir ki, metronun “20 Yanvar” stansiyasının yaxınlığında avtomobil yolu keçən 1994-cü il təvəllüdlü Umbayev Nəsimi Mübariz oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir