“Tanrıdan düşmənimi cəzalandırmasını xahiş etdim”

“Tanrıdan düşmənimi cəzalandırmasını xahiş etdim”

“İNFONEWS” təqdim edir.

Tanrıdan düşmənimi cəzalandırmasını xahiş etdim. Tanrı cavab verdi: – “Yox. O, tezliklə sənin yaxın dostun olacaq.”

Tanrıdan mənə səbr verməsini dilədim. Tanrı cavab verdi: – “Səbr – sınaqların nəticəsidir, səbr verilmir, səbrli olmaq zamanla öyrənilir.”

Tanrıdan təkəbbürümü yox eləməsini istədim. Tanrı cavab verdi: – “Təkəbbürü yox etmirlər, təkəbbürdən özün imtina etməlisən.”

Tanrıdan xöşbətlik arzuladım. Tanrı cavab verdi: – “Mən xeyir-dua verirəm, amma xoşbəxt olmağın öz əlindədir.”

Tanrıdan məni və doğmalarımı ağrı-acıdan uzaq tutmasını dilədim. Tanrı cavab verdi: – “Yox. Biz birgə əzab çəkirik, birgə də əzaba qalib gəlirik.”

Tanrıdan  mənəvi zənginlik arzuladım. Tanrı cavab verdi: – “Yox. Mənəvi zənginliyi özün əldə etməlisən, mən isə sənə yardım edəcəm.”

Tanrıdan onun bizləri sevdiyi kimi mənim də insanları sevməyimə köməklik etməsini dilədim. Tanrı cavab verdi: – “Əlbəttə, böyük məmnuniyyətlə yardım edərəm. Nəhayət ki, nə istəyəcəyini anladın.”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir