BDU Laçındakı “Simurq” kitabxanasına kitablar hədiyyə edib

BDU Laçındakı “Simurq” kitabxanasına kitablar hədiyyə edib

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının, İnformasiya və sənəd menecmenti fakültəsinin dəstəyi, “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə Laçın şəhərindəki “LaCinema” kinoteatrının nəzdində fəaliyyət göstərən “Simurq” kitabxanasına 14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə 412 nüsxə kitab hədiyyə edilib.

“İNFONEWS” -un BDU-dan əldə etdiyi məlumatına görə, hədiyyə olunan ədəbiyyatların içərisində Vətən müharibəsi dövründə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müsahibələri, universitetin professor-müəllim heyətinin fəaliyyətini əks etdirən nəşrlər, həmçinin müəllifi olduqları dərslik və dərs vəsaitləri, bədii əsərlər yer alıb.

Xatırladaq ki, fevralın 4-də açılan kitabxana Laçına yeni köçmüş sakinlərin təşəbbüsü ilə görkəmli maarifçi, yazıçı Tağı Şahbazi Simurğun şərəfinə “Simurq” adlandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir