Cəlilabadda “Rus qəbirsanlığına” açılan mənzərə – FOTOLAR
“İNFONEWS” təqdim edir.
Qafqaz tarixinin maraqlı siyasi məqamlarından biri də rusların buraya köçürülməsidir. Çar Rusiyası Azərbaycanın şimal torpaqlarını işğal etdikdən sonra özünə dayaq yaratmaq məqsədi ilə rusları buraya köçürməyə başlayır. Rusların Cənubi Qafqaz vilayətlərinə köçürülməsi haqqında hökumət sərəncamı 1830-cu il oktyabrın 20-də verilir. Sərəncama əsasən təriqətçi (molokanlar, subbotniklər, babtist və d.) və bidətçi (ərəb dilində dinə qarşı çıxış edənlər, yeni təlim tərəfdarları) rus ailələri köçürülür. XIX əsrin 30-40-cı illərində Cənubi Qafqazda 34 rus kəndi salınır ki, bunun da 30-a qədəri Azərbaycan torpaqlarında yerləşir.
Beləliklə, 1829-cu ildən başlayaraq ruslar Cəlilabad rayonu ərazisində məskunlaşmağa başlayırlar. Yerli əhali onlara “azad gəlmələr” adı verilir. Çünki gəlmə ruslar dövlət xəzinəsinə pul köçürmək yolu ilə azadlıq əldə edir və istədikləri yerdə yaşaya bilərdilər. Cəlilabadın Privolni kəndinin də adı rus dilində “azad gəlmələr” mənasını verir.
Təqdim edilən fotomateriallar rus qəbirsanlığından çəkilib. Yerli sakinlərin məlumatına görə, burada yalnız ruslar dəfn edilib.
Reportajı hazırladı: Nihat İSKƏNDƏRLİ