Türkiyənin milli müdafiə naziri Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

“İNFONEWS”  xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezidentim.

Yenidən Prezident seçilməyiniz münasibətilə Zati-alinizi təbrik edirəm.

Sizin liderliyinizlə Azərbaycanın bu günə qədər əldə etdiyi siyasi, iqtisadi, sosial, hərbi uğurların bundan sonra da artaraq davam edəcəyinə, ikinci Vətənimiz olan Azərbaycanın bölgədə və dünyada güclü mövqeyini daha da möhkəmləndirəcəyinə inanıram.

Ümummilli Lider Heydər Əliyevdən miras qalan “Bir millət, iki dövlət” düşüncəsi cənab Prezidentimizin və Zati-alinizin liderliyi ilə daha da güclənərək bölgənin təhlükəsizliyinin və sabitliyinin ən böyük təminatı olub.

Əzəli və əbədi qardaşlıq əlaqələrimizi gələcək nəsillərə ötürməyin ən mühüm ortaq məsuliyyətimiz olduğu düşüncəsi ilə Türkiyə həm sevincli, həm də kədərli günlərdə bütün imkanları ilə daim can qardaşımız Azərbaycanın yanında olmaqda davam edəcəkdir.

Fürsətdən istifadə edərək Azərbaycan Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Zati-alinizi şəxsən öz adımdan və Milli Müdafiə Nazirliyi adından bir daha təbrik edir, başda şəxsiniz olmaqla dost və qardaş Azərbaycan xalqına rifah və əmin-amanlıq diləyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir