Xankəndiyə yeni polis rəisi təyin olunub.
“İNFONEWS” xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polkovnik Zaur Nəsirov Göygöl rayon Polis Şöbəsinin rəsi vəzifəsindən azad edilərək Xankəndi Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
Z.Nəsirov, eyni zamanda şəhərin komendantı vəzifəsini icra edəcək.
Qeyd edək ki, 1980-ci il təvəllüdlü Z.Nəsirov Xankəndidə anadan olub. O, Bakı şəhər Xətai rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini və 2021-ci ildən isə Göygöl rayon Polis Şöbəsinin rəsi vəzifəsində çalışıb.