Türkiyə xarici işlər naziri Hakan Fidan Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Yunanıstanın xarici işlər naziri Yorqos Gerapetritis ilə görüşüb.
“İNFONEWS” -ün verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.
Qeyd olunub ki, görüşdə ikitərəfli və regional əlaqələr, siyasi dialoq, etimad quruculuğu tədbirləri çərçivəsində atılacaq addımlar, o cümlədən, Yunanıstan Baş nazirinin Türkiyəyə səfəri üçün hazırlıqlar müzakirə edilib.