Bolqarıstanın baş naziri martın 6-da istefa verəcək

Bolqarıstanın baş naziri Nikolay Denkov martın 6-da əvvəllər razılaşdırılmış rotasiya çərçivəsində vəzifəsindən istefa vermək niyyətini təsdiqləyib.

“İNFONEWS” xəbər verir ki, bu barədə Denkov Münhen Təhlükəsizlik Konfransından qayıdarkən keçirdiyi brifinqdə məlumat verib.

“Martın 6-da mən istefa verəcəm. Normal konstitusiya proseduru var və hökumət növbəti qərar qəbul olunana qədər öz vəzifələrini icra etməyə davam edəcək. Əgər onun işinə mane olmasalar, dram olmayacaq”, – hökumət başçısı bildirib.

Denkov aydınlaşdırıb ki, yeni hökumətdə Xarici İşlər Nazirliyinə kimin rəhbərlik edəcəyi məsələsi açıq qalır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir