SOCAR-dan şirkətin adından yalan məlumat yayan saxta saytla bağlı açıqlama

SOCAR-dan şirkətin adından yalan məlumat yayan saxta saytla bağlı açıqlama

“İNFONEWS” xəbər verir.

SOCAR-ın korporativ nüfuzundan sui-istifadə etmək məqsədi ilə naməlum şəxslər tərəfindən internetdə “socar.space” ünvanında açılmış saytın mobil versiyasında SOCAR haqqında saxta və həqiqətə uyğun olmayan məlumatlar yerləşdirilib.

Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.

Bildirilib ki, səhifə Azərbaycan vətəndaşlarının şəxsi məlumatlarını əldə etmək məqsədini güdür. Bunun müqabilində vətəndaşlara saxta qazanc imkanı təklif olunur.

“SOCAR tam qətiyyətlə “socar.space” saytı ilə heç bir əlaqəsi olmadığını, internetdə insanlara bu cür qazanc təklifi etmədiyini bildirir. Araşdırma aparıldıqdan sonra saytı yaradan şəxslərə qarşı müvafiq hüquqi tədbirlər görüləcək”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir