Ukrayna qoşunları döyüş meydanında kimyəvi döyüş sursatlarından istifadə edib.
“İNFONEWS” xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi, general-leytenant İqor Kirillov brifinqdə deyib.
O bildirib ki, Ukrayna ABŞ istehsalı olan sursatları tətbiq edib.
Generalın sözlərinə görə, sözügedən sursat gözləri və yuxarı tənəffüs yollarını qıcıqlandırır, tənəffüs yollarının iflicinə və ürəyin dayanmasına səbəb ola bilir.
İ.Kirillov söyləyib ki, Ukrayna əvvəllər də oxşar silahlardan istifadə edib.