Məhəmməd Əmin Rəsulzadənin yubileyinə dəyərli TÖHFƏ

Məhəmməd Əmin Rəsulzadənin yubileyinə dəyərli TÖHFƏ

Tanınmış tədqiqatçı-alim, tarix elmləri doktoru Nəsiman Yaqublunun “Məhəmməd Əmin Rəsulzadə mətbuat haqqında” kitabı çapdan çıxıb.

“İNFONEWS” xəbər verir ki, kitabda Məhəmməd Əmin Rəsulzadənin mətbuat haqqında 50-dən çox yazısı oxuculara təqdim edilib. Həmin məqalələrdə yer alan fikirlər bu günümüz üçün də aktualdır. Kitab humanitar elmlər sahəsində çalışanlar, mətbuat tarixini araşdıran tədqiqatçılar, media təmsilçiləri və jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün faydalı vəsaitdir.

Xatırladaq ki, Prezident İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Professor Nəsiman Yaqublunun bu kitabı Cümhuriyyətimizin qurucularından biri olan M.Ə.Rəsulzadənin yubileyi çərçivəsində görülən işlərə dəyərli töhfədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir