Məmləkət mənzərələri – Cəlilabad rayonu. QAZAN XAN KÖŞKÜ
“İNFONEWS” təqdim edir.
Qazan Xan köşkü — Cəlilabad rayonunun Musalı kəndinin yaxınlışına yerləşmiş tarixi abidələrdən biridir.
Qazan köşkü, yaxud xalq arasında Qazan Xan köşkü abidəsi Azərbaycanın tarixi, strateji əhəmiyyətli abidələrdəndən sayılır. Qeyd edək ki, bu abidə heç də dəqiq araşdırılmamış, ciddi tarixi tədqiqatlar aparılmamışdır. Əldə olunan məlumatlara, bəzi tarixi qaynaqlara görə, Qazan köşkü XIII əsrə, Hülaki hökmdarı Qazan xana (1295-1304) aiddir. Bir sıra tarixçilərin araşdırmasına əsasən, bu qala haqqında məlumata Qazan xanın vəziri olmuş tarixçi, alim Fəzlüllah Rəşidəddinin “Came ət-təvarix” (“Tarixlər toplusu”) kitabında rast gəlinir. Qalanın hündür, strateji mövqedə inşa olunması onun müşahidə məntəqəsi kimi istifadə olunmasını sübut edir.
Hazırladı: Nihat İSKƏNDƏRLİ