Azyaşlı qıza zorakılıq edən şəxs barədə DİN-dən AÇIQLAMA

Azyaşlı qıza zorakılıq edən şəxs barədə DİN-dən AÇIQLAMA

Azyaşlı övladına qarşı zorakılıq edən Bakı sakini Elnur Məmmədova qarşı cinayət işi açılıb.

“İNFONEWS” yerli KİV-dən əldə etdiyi məlumatına görə,  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis mayoru Anar Qafarov bildirilib: “Görüntülər araşdırılıb. Əməlin Bakı şəhəri Türkan qəsəbəsi sakini 1983-cü il təvəllüdlü E. Məmmədov tərəfindən törədildiyi müəyyən olunub. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakıda kişinin azyaşlıya qarşı zorakılıq etməsini əks etdirən görüntülər yayılıb. Videoda onun balaca qıza qarşı kobud davranması, saçını dartması və başına güclü zərbələr vurması görünür. Bundan qorxan uşaq ağladığı zaman isə kişi azyaşlıya bunu belə irad tutur. Həmçinin, hadisədən əvvəl E.Məmmədovun həyat yoldaşını döyməsi, daha sonra ananın qızına qarşı edilən zorakılığı telefonla çəkməsi iddia edilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir