Leysan Utyaşeva yeni obrazında Ancelina Coliyə bənzədildi
Tanınmış gimnast və məşhur teleaparıcı Leysan Utyaşeva İnstagram sosial şəbəkə hesabından “Səmərqənddə sağ qalmaq” realiti şousunun 6-cı buraxılışının çəkilişindən fotoşəkillərini pərəstişkarlarına təqdim edib.
“İNFONEWS” “gazeta.ru” – a istinadən xəbər verir ki, məşhur şoumen Pavel Bolyanın həyat yoldaşı 38 yaşlı Leysan Utyaşeva yeni fotolarında qızılı rəngli dekoltyeli maksi ətəkli dar paltardadır. Xanım aparıcı bu geyim dəstini dəbli kəmər, topuqlu açıq ayaqqabılar, ağır sırğalar, bilərziklər və bir neçə üzüklə, eləcə də qara oxlarla gözlərini vurğulamış makiyaj və nyud dodaqlar və enli buruqlu saç düşümü ilə tamamlayıb.
“Səmərqənddə sağ qalmaq” verilişnin 6-cı buraxılışına xüsusi ilə hazırlaşmışıq. Çünki o, YEKDİR! Bu səbəbdən komandamız və mən onu “Kleopatra”adlandırdıq. Alovlanan Səmərqənd günəşinin qızılı sarı şüalarını udan, minimalizm və ciddilik”, – deyə Utyasheva yazıb.
Aparıcı xanımın geyimi fanatları tərəfindən yüksək qiymətləndirərək, şərhlərdə “Rusiyalı Ancelina Coli”, “Siz çox gözəlsiniz”, “Gözəllik ilahəsi”, “Qızılı xanım”, “Gözəllik”, “Bu qadını sevirəm”, “Super”, “Çox incə xanım” yazıblar.
Qeyd edək ki, Leysan Utyaşeva 2012-ci ildə Pavel Volya ilə ailə qurub. Şoumen idmançıya mətbəxdə borş yeməyi hazırlayarkən evlilik təklifi edib. Bu izdivacdan onların 2013-cü ildə Robert adlı oğulları, 2015-ci ildə isə Sofiya adlı bir qızları dünyaya gəlib.