ABŞ prezidenti Cozef Baydenin xüsusi köməkçisi və Ağ Evin Milli Təhlükəsizlik Şurasının Qərb yarımkürəsi məsələləri üzrə baş direktoru Xuan Qonzales tutduğu vəzifəni tərk edir.
“İNFONEWS” xəbər verir ki, bu barədə “Bloomberg” mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Qonzales postunu martın ortalarında tərk edəcək. Onun işdən çıxmasının səbəbləri açıqlanmır.
Bununla belə, Qonzalesin gedişi Amerika administrasiyasının Venesuela hakimiyyətini demokratik islahatların aparılmasının zəruriliyinə inandırmaq səylərini sarsıda bilər.