Bakıda gənc oğlanı avtomobil vuraraq ağır xəsarət yetirib

Bakının Nizami rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İNFONEWS” xəbər verir ki, avtomobil yolu keçən 1994-cü il təvəllüdlü Dəmirov Kamran Bayram oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona müştərək travma və açıq kəllə-beyin travması diaqnozları qoyulub. Hadisənin təfərrüatı araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir