İqtisadiyyat Nazirliyinin rəhbərliyi Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.
Bu barədə “İNFONEWS”-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, soyqırımı abidəsinin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.