Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi “Qalatasaray”ın futbolçusu Mauro İkardini bir oyunluq cəzalandırıb.
“İNFONEWS” xəbər verir ki, buna argentinalı hücumçunun Superliqanın XXVI turunda “Ankaragücü” ilə matçda rəqib azarkeşlərə etdiyi hərəkət səbəb olub.
19.500 TL (1066 manat) cərimələnən forvard “Antalyaspor”la bugünkü qarşılaşmanı buraxmalı olacaq.
Qeyd edək ki, bu gün reallaşacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.