ADA Universitetində “USG APEX Hakatonu” keçirilir

ADA Universitetində “USG APEX Hakatonu” keçirilir

ADA Universitetinin Fondu, Universitetin Karyera xidmətləri şöbəsi, “PAŞA Həyat” və “AzInTelecom”un birgə təşkilatçılığı ilə martın 1-də ADA Universitetində “USG APEX Hakatonu”nun açılış mərasimi keçirilir.

“İNFONEWS” xəbər verir ki, tədbirdə çıxış edən ADA Universitetinin prorektoru, xarici və tələbə işləri üzrə prorektoru Fariz İsmayılzadə hakatonun keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, hakatonda Azərbaycan universitetlərinin bakalavriat səviyyəsində təhsil alan tələbələri həyat sığortası mövzusunda məsələlər üçün texnoloji həll yolları tapmağa çalışacaqlar. Bu məqsədlə tələbələrə dəstək olmağı hədəfləyən hakatonun qaliblərinə 1000 AZN-dən başlayan mükafatlar təqdim olunacaq.

“Azərbaycanın bir sıra universitetlərindən tələbələri burada görmək çox xoşdur. Buradakı yarışma sizin bir sıra mövzularda öz ideyalarınızı təqdim edib, müzakirə etmək və gələcəkdə biznes qurmağınız üçün bir təkan olacaq. Təqdim olunan mükafat sizin ideyalarınızı gerçəkləşdirməyə bir dəstək olacaq. Düşünürəm ki, bu, hər bir tələbə üçün çox böyük fürsətdir. Bu şansı dəyərləndirməyi hər birinizə tövsiyə edirəm”, – deyə F.İsmayılzadə bildirib.

İki gün davam edəcək hakatonda 20 komanda öz gücünü sınayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir