36 tanınmış yazıçı bir roman yazacaq – Dünya ədəbiyyatı
Müasir ədəbi mühitdə heyrətamiz konqlomerat yaradılıb: dünyanın tanınmış 36 müasir yazıçısı “On dörd gün” adlı roman üzərində işləmək üçün bir araya gəlib. Əsərin süjet xətti 2020-ci ildə Nyu-Yorkdakı sərt karantin rejimi üzərində qurulur.
“İNFONEWS” xarici KİV-ə istinadən xəbər verir ki, aralarında Marqaret Etvud “Xadimənin hekayəsi”, Con Qrişem (“Firma”) və Selestu İnqin (Hər yerdə yanğınlar alovlanır”) kimi məşhur qələm ustalarının da olduğu qrupun hər bir üzvü çoxmənzilli evdə yaşayan personajlardan birinin həyat hekayəsini yazacaq. Müəlliflərin adları məlumdur, lakin novellaların konkret sahibləri kitab nəşr ediləndə açıqlanacaq.
“On dörd gün” kitabında sərt pandemiya karantini günlərində çoxmərtəbəli evin sakinlərinin Bokkaççonun “Dekameron” əsərində olduğu kimi bir araya gələrək hekayələr danışması, bir-birinə təsəlli və dəstək verməsindən bəhs ediləcək. Əsərin ideya müəllifi tanınmış triller ustası Daqlas Prestondur. O jurnalistlərə müsahibəsində deyib: “Hekayə danışmaq Yer üzündə hər hansı mədəniyyətin mərkəzində dayanır. Bu, bizim genimizdədir. Biz faciələrin, müharibələrin, zorakılıqların, pandemiyanın səbəblərini dərindən dərk etmək üçün bir-birimizə hekayələr nəql edirik”.