Cənubi Koreyanın ilk kəşfiyyat peyki Pxenyanın fotolarını yaxşı təsvir ölçüsündə çəkib.
“İNFONEWS” bu barədə “Yonhap” agentliyi mənbələrə istinadən məlumat yayıb.
“Bu yaxınlarda göndərilmiş peyk şəkillərinin redaktə nəticələrinə əsasən, keyfiyyət gözlənildiyi kimi yaxşıdır. Şəkillər Pxenyanın mərkəzini və limandakı gəmiləri göstərir”, – mənbə bildirib.
Agentliyin məlumatına görə, peyk şəkilləri diqqətli redaktə tələb edir.
Cənubi Koreya hakimiyyəti gələn ay fotoşəkillərin keyfiyyətinin daha yüksək olacağını gözləyir. Başqa bir mənbəyə görə, kəşfiyyat peykinin tam istismarı iyun və ya iyul aylarında başlayacaq.