Bu gün Monqolustanın qərbində, Rusiya ilə sərhəddən təxminən 340 km aralıda 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
“İNFONEWS” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.
Qeydə alınan zəlzələnin episentri Çuluut kəndindən təqribən 26 km cənub-şərqdə və Baykal rifi zonasının cənub-qərbində yerləşən Xubsuqul gölündən təxminən 336 km cənubda yerləşib.
Episentrdə zəlzələnin intensivliyi MSK-64 şkalası (Medvedyev-Şponhoyer-Karnik şkalası- Qeyd) üzrə 7,6 bal olub.
Alimlərin fikrincə, Avrasiya və Amur tektonik plitələrinin ayrıldığı Baykal rifi zonasının uzunluğu təxminən 2 min km-dir. Onun mərkəzi hissəsində Baykal gölü, cənub-qərbdə – Xubsuqul gölü (Monqolustan), şimal-şərqdə – Baykal-Amur magistral xəttinin (BAM) keçdiyi dağlıq bölgə var.
Baykal rifinin seysmik aktivliyində artım 2020 – 2022-ci illərdə müşahidə edilib, sonra 2023-cü ilin sonunda bir qədər azalmadan sonra bu zonada bir neçə güclü zəlzələ qeydə alınıb.