İtaliyanın “Duilio” gəmisi Qırmızı dənizdə ona yaxınlaşan pilotsuz uçuş aparatını vurub.
“İNFONEWS” xəbər verir ki, bu barədə İtaliya Müdafiə Nazirliyi yayıb.
Nazirlik ekipajın özünümüdafiə prinsipi əsasında hərəkət etdiyini bildirib.
Qeyd edilir ki, dron gəmiyə 6 km məsafədə yaxınlaşıb.
“Sözügedən gəmi hazırda husilərin hücumlarından sonra kommersiya marşrutları üzrə pulsuz naviqasiya təmin etmək üçün zonadadır”, – bəyanatda bildirilir.
Müdafiə naziri Guido Crosetto deyib ki, husilərin ticarət gəmilərinə hücumları terror xarakteri daşıyır və beynəlxalq hüququn pozulmasıdır.
Qeyd edək ki, İtaliya Qırmızı dənizdə Avropa İttifaqının yeni dəniz missiyası “Aspides”in taktiki komandanlığını üzərinə götürüb, lakin bu missiyada iştirak hələ milli parlamentdə rəsmi olaraq təsdiqlənməyib. Səsvermə martın 5-də keçiriləcək.