Almaniya kansleri Olaf Şolts Romada Avropa Sosialistlər Partiyasının qurultayında çıxışı zamanı Ukraynaya hərbçilərin göndərilməsinin əleyhinə çıxış edib.
Bu barədə “İNFONEWS” TASS-a istinadən xəbər verir.
“Avropalı əsgərləri Ukraynaya göndərməyəcəyik. Biz Rusiya ilə NATO arasında müharibə istəmirik və bunun qarşısını almaq üçün hər şeyi edəcəyik”, – Şolts bildirib.
Onun sözlərinə görə, NATO üzvləri münaqişə tərəfinə çevrilməməlidir.