“Sabah” basketbol komandası Azərbaycan Kubokuna qələbə ilə start verib

“Sabah” basketbol komandası Azərbaycan Kubokuna qələbə ilə start verib.

“İNFONEWS”  xəbər verir ki, Rimas Kurtinaytisin yetirmələri B qrupunun II turunda “Şəki”ni məğlub ediblər.

İlk turda “NTD-İndiqo”ya uduzan “Şəki” digər güclü rəqibi ilə də bacarmayıb. Nəticədə “Sabah” 103:82 hesablı qələbə qazanıb.

Qeyd edək ki, qrupun digər oyununda bu gün “NTD-İndiqo” ilə “Sərhədçi” üz-üzə gələcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir