UNEC-də “Azərbaycan Qadınlarının Gücü” adlı tədbir keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 8 mart- Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Azərbaycan Qadınlarının Gücü” adlı tədbir keçirilib.

“İNFONEWS”  xəbər verir ki, Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Xəzər” tələbə xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova bildirib ki, bu bayram cəmiyyətimizdə qadınların rolu və yeri haqqında düzgün təsəvvürün yaranmasından xəbər verir və dünya miqyasında qadınların həmrəyliyinin yaranması, möhkəmləndirilməsi məqsədi daşıyır.

Daha sonra çıxış edən UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədr müavini Günay Ağazadə keçən həftə keçirilən “Azərbaycan Qadınlarının Gücü” adlı müsabiqə sayəsində universitetdə təhsil alan tələbələrin daha yaxından tanınmaqlarına şərait yaradıldığını bildirərək, bütün qadınları bayram münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

UNEC-in Biznes və Menecment fakültəsinin məzunu, “Kapital Bank”ın İstedadların cəlbi və seçimi şöbəsinin müdiri Nərgiz Əzimova 8 martı qadınların iqtisadi, siyasi və ictimai hüquq bərabərliyi uğrunda mübarizədə beynəlxalq həmrəyliyi günü olduğunu qeyd edib. N.Əzimova ölkəmizin ictimai həyatının bütün sahələrində qadınların rolunun ildən-ilə artdığını, ictimai, sosial-iqtisadi, mədəni, mənəvi sahələrdə qadınların fəal iştirak etdiyini diqqətə çatdırıb.

Çıxışlardan sonra müsabiqə iştirakçıları diplomlarla təltif olunub, hədiyyələr təqdim edilib. Tədbir rəsmi hissə bitdikdən sonra bədii hissə ilə davam edib.

Sonda  sual-cavabda aktiv iştirak edən xanımlara hədiyyələr təqdim olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir