Mövlud Çavuşoğlu Küveytin vəliəhd şahzadəsi ilə görüşüb
“İNFONEWS” xəbər verir.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Küveytə səfəri çərçivəsində vəliəhd şahzadə Şeyx Məşal ilə görüşüb.
Bu barədə nazir öz “Twitter” səhifəsində yazıb.
Görüş zamanı iki ölkə arasında münasibətlər, eləcə bir sıra regional məsələlər müzakirə edib.
Körfəz Əməkdaşlıq Şurası ilə əməkdaşlığımızı davam etdirəcəyik. Səhiyyə və iqtisadiyyat sahələrində münasibətlərimizi daha da genişləndirəcəyik.
– deyə, nazir qeyd edib.