Erməni təxribatı nəticəsində Ağdama dəymiş ziyanla bağlı yenidən araşdırmalara ehtiyac var
“İNFONEWS” “Trend” -ə istinadən xəbər verir.
Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində Ağdam rayonunun mülki yaşayış məntəqələrinə dəymiş ziyanın yenidən hesablanmasına ehtiyac var.
Bunu Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev deyib. O bildirib ki, bununla bağlı aidiyyəti qurumlara müraciət edilib:
Ermənistanın təcavüzü nəticəsində mülki obyektlərə dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı işçi qrup Ağdam rayonunda araşdırmaları yekunlaşdırıb. Araşdırmalar zamanı məlum olub ki, hadisə nəticəsində Ağdam rayonunda 1425 yaşayış evinə ziyan dəyib. Həmin evlərdən 29-u təmamilə dağılıb, 1396 evə isə qismən ziyan dəyib. Bununla yanaşı, rayon ərazisində 39 qeyri-yaşayış obyektinə ziyan dəyib ki, onlardan 3-ü tam dağılıb. 59 sahibkarlıq subyekti ziyan çəkib ki, onlardan 2-si tam dağılıb, 24 sosial obyekt, 1 inzibati bina zərər çəkib. Bundan başqa, vətəndaşlara məxsus 28 nəqliyyat vasitəsinə ziyan dəyib, 6734 heyvan tələf olub. Lakin, mülki şəxslərə dəymiş ziyanla bağlı yenə də müraciətlər daxil olur. Buna görə də müraciət etmişik ki, işçi qrup Ağdamda dəymiş ziyanın müəyyən edilməsi üçün yenidən araşdırma aparsın.