Mister Darsinin geyindiyi köynək hərracda satışa çıxarılıb
“Qürur və qərəz” filminin ekran uyğunlaşdırmasında Darsi rolunu canlandıran ingilis aktyoru Kolin Förtun məşhur köynəyi “Kerri Teylor Auksionları” hərracında 20 min funt sterlinqə (25 min dollar) satılıb.
“İNFONEWS” xarici KİV-ə istinadən xəbər verir ki, yaraşıqlı Förtün gölməçədən çıxaraq gələcəkdə əsl sevgisinə çevriləcək Elizabet Benneti (Cennifer El) heyran etdiyi səhnə Britaniya televiziyasında filmin ən yaddaqalan məqamı kimi xatırlanır.
Satışa çıxarılan digər əşyalar arasında 1950-ci illərdə Madonnanın 1996-cı ildə “Evita” filmində rol aldığı zaman geydiyi və 40 min funt sterlinqə (50 min dollar) satılan, “Christian Dior”un hazırladığı tafta bal paltarı və Conni Deppin “Yuxulu dərə” filmindəki İkaboda Kreyn rolu üçün geydiyi və 24 min funt sterlinqə (30 min dollar) satılan kostyumu da var.