“Güney Azərbaycan folkloru” toplusunun XVI cildi işıq üzü görüb
AMEA-nın Folklor İnstitutunun Elmi şurasının qərarı ilə “Güney Azərbaycan folkloru” seriyasından XVI kitab nəşr olunub.
“İNFONEWS” – un İnstitutdan əldə etdiyi məlumatda bildirilib ki, kitaba Cənubi Azərbaycanın Güney mahalından toplanmış müxtəlif folklor örnəkləri daxil edilib. Toplama prosesində bölgədən atalar sözləri, tapmacalar, lətifələr, nağıllar, bayatılar və s. olmaq üzrə müxtəlif janrda folklor örnəkləri yazıya alınıb. Topluda bölgənin folklor materiallarının dil xüsusiyyətlərinin öyrənilməsi baxımından ləqəblər və dialekt sözlər haqqında xüsusi başlıq ayrılıb və müxtəlif xalq deyimləri, onların ədəbi dildə qarşılığı qeyd edilib.
“Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabın layihə rəhbəri Muxtar Kazımoğlu-İmanov, mətnləri toplayan və “Ön söz”ün müəllifi Aqşin Ağkəmərli, tərtibçisi filologiya elmləri doktoru, dosent Mətanət Maşallahqızı (Abbasova), redaktoru isə Səadət İbrahimlidir.