“Krokus siti holl”da baş verənlər qanlı terror aktıdır.
“İNFONEWS” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarov söyləyib.
Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyinə müxtəlif ölkələrdən sadə vətəndaşlar tərəfindən konsert zalında baş vermiş faciə ilə bağlı başsağlığı verən zənglər daxil olur.
Xatırladaq ki, Ağ ev Rusiyada baş vermiş silahlı hücumla əlaqədar rəsmi Moskvaya başsağlığı verib.