Ramazan ayının ilk 10 günündə Əlcəzairdə yol qəzalarında azı 74 nəfər ölüb, 246 nəfər yaralanıb.
“İNFONEWS” xəbər verir ki, bu barədə “Algeria Press Service” agentliyi məlumat yayıb.
Belə ki, on gün ərzində 176 qəza baş verib ki, bunun da əsas səbəbi yol hərəkəti qaydalarına riayət edilməməsi, o cümlədən sürət həddinin aşılması və sürücülərin diqqətsizliyi olub.
Ən çox qəza Əlcəzair əyalətində baş verib. Səlahiyyətlilər vətəndaşları yol hərəkəti qaydalarına riayət etməyə, xüsusən də iftardan sonra və sahurdan əvvəl daha diqqətli olmağa çağırıb.