Finlandiya Ukrayna ilə hərbi dəstək haqqında müqavilə imzalamağa hazırlaşır

Finlandiya prezidenti Aleksandr Stubb Ukrayna ilə hərbi dəstək haqqında müqavilə imzalamağa hazırlaşır.

“İNFONEWS” xəbər verir ki, bu barədə “İltalehti” qəzeti mənbələrə istinadən xəbər verib.

Bu müqavilənin Stubbun Ukraynaya səfəri zamanı Kiyevdə imzalanacağı gözlənilir. Səfərin tarixi dəqiqləşdirilməyib.

Qəzetin yazdığına görə, müqaviləyə əsasən Finlandiya uzun illər Ukraynanın ordusunu və donanmasını silahla təmin etməyi öhdəsinə götürəcək.

Eyni zamanda Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyəcək və alyansa daxil olması üçün köməklik edəcək. Finlandiya şirkətləri isə Kiyevə öz müdafiə sənayesini qurmaqda dəstək göstərəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir