ABŞ Ədliyyə Departamenti “Apple”ə qarşı antiinhisar iddiası qaldıraraq şirkəti “iPhone” və qapalı “iOS” sistemi vasitəsilə smartfonlar bazarını qeyri-qanuni inhisarda saxlamaqda ittiham edib.
“İNFONEWS” xəbər verir ki, bu barədə “ABC News” xəbər verib.
Departamentin Nyu Cersi ştatının federal məhkəməsində qaldırdığı iddia, prezident Cozef Bayden administrasiyasının ölkənin ən böyük texnologiya şirkətlərinin bəzilərinin rəqabətə zidd davranışlarını cilovlamaq cəhdlərinin sonuncusudur.
Ədliyyə Departamentinə bu işi qaldırmaq üçün 16 ştat və əyalət baş prokuroru qoşulub.
“Biz iddia edirik ki, “Apple” smartfon bazarında təkcə rəqiblərini mahiyyətcə üstələməklə deyil, həm də federal antiinhisar qanununu pozmaqla inhisar qurub. “Apple”ın hərəkətlərini nəzarətsiz qoymaq onun dominant mövqeyini möhkəmləndirməyə davam edəcək”, – Baş prokuror Merrik Qarland bildirib.
Ərizədə departament iddia edir ki, “Apple” qapalı “iOS” sistemindən smartfon bazarına nəzarətini saxlamaq və rəqiblərin istehlakçıları cəlb etməsinə mane olmaq üçün nəzərdə tutulmuş geniş, davamlı və qeyri-qanuni siyasətlər qəbul etmək üçün istifadə edib.
“Apple” şirkəti iddiaya kəskin münasibət bildirib. Qeyd olunub ki, şirkət insanlara texnologiyanı sevdirmək üçün hər gün yeniliklər edirik:
“Bu iddia bizim kim olduğumuzu və ciddi rəqabətli bazarlarda “Apple” məhsullarını fərqləndirən prinsipləri təhdid edir”.