“Aş-Şabab” silahlılarının Somalinın paytaxtı Moqadişonun yaxınlığındakı hərbi bazaya hücumu nəticəsində ordunun bir neçə hərbçisi həlak olub.
“İNFONEWS” xəbər verir ki, bu barədə ” Agence France-Presse” hərbçilərə istinadən xəbər yayıb.
Hücum şənbə günü səhər tezdən Somali təhlükəsizlik qüvvələrinin antiterror əməliyyatları üçün müvəqqəti bazalar qurduğu paytaxtdan 40 kilometr aralıda Buslidə baş verib.
Ordunun zabiti Mohamed Adan xəbər agentliyinə bildirib ki, hücumdan sonra şiddətli döyüşlər olub. Onun sözlərinə görə, bir neçə hərbçi həlak olub, yaraqlılar tərəfindən də itkilər var.
Agentliyin məlumatına görə, hökumət qüvvələri əraziyə nəzarəti bərpa edə bilib.