Polşa hakimiyyəti sərhəd xidmətinin mühafizəsinə yardım üçün ölkənin şərq sərhədlərində silahlı qüvvələrin sayını artıracaq.
“İNFONEWS” xəbər verir ki, bunu respublikanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib.
“Biz Polşa Ordusunu Podlyask, Lyublin, Varmin-Mazur və Karpatətrafı bölgələrdə gücləndirəcəyik”, – RAR agentliyi Polşa Müdafiə Nazirliyinin rəhbərindən sitat gətirib. O vurğulayıb ki, söhbət sərhəd xidmətinə dəstək üçün Rusiya Federasiyası, Litva, Belarus və Ukrayna ilə sərhədlərdə ordunun daimi mövcudluğundan gedir.
Nazir elan edib ki, ölkə hökuməti hərbçilərin sərhəd bölgələrində yerləşdirilməsi üçün müvafiq infrastrukturun yaradılması məqsədilə 1 milyard zlotı (təxminən 250 milyon ABŞ dolları-red) ayıracaq.