AFFA Nuriyev və Əhmədzadəyə görə danışıqlara başlayıb
“İNFONEWS” “Qol.az”-a istinadən xəbər verir.
AFFA Ukrayna Premyer Liqa təmsilçisi “Minay” klubunun üzvləri Anatoli Nuriyev (yarımmüdafiəçi, 24 yaş) və Rüstəm Əhmədzadənin (hücumçu, 20 yaş) milliləşdirilməsi məqsədi ilə danışıqlara başlayıb.
Qurumun mətbuat xidmətinin rəhbəri Firuz Abdulla bildirib ki, hazırda AFFA ilə Ukrayna Futbol Federasiyası arasında bununla bağlı məktublaşma aparılır:
Millimizin baş məşqçisi Canni de Byazi də demişdi ki, Ukraynada çıxış edən iki azərbaycanlı futbolçunu bəyənib. Onların qarşıdakı təlim-məşq toplanışına cəlb olunması hüquqi prosedurların sürətindən asılıdır. Hazırda federasiyalar arasında məktublaşmalar gedir. Bu, başa çatmalıdır ki, hüquqi prosedura start verilsin Futbolçuların milliləşdirilməsi ilə bağlı hələlik rəsmi bir şey yoxdur. Bu barədə gələn həftə danışsaq, yaxşıdır.