Türkiyə ABŞ-ı ölkənin daxili işlərinə qarışmamağa çağırdı
“İNFONEWS” xəbər verir.
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy ABŞ-ı ölkənin daxili işlərinə qarışmamağa və Türkiyə məhkəmələrinin qərarlarını müzakirə etməməyə çağırıb.
Bu barədə Türkiyənin “Sözcü” nəşri məlumat yayıb.
Biz ABŞ Dövlət Departamentinin Osman Kavalanın (insan haqları müdafiəçisi red.) sərbəst buraxılması tələbinə cavab vermişik. Türkiyə hüquqi dövlətdir. Heç bir dövlət Türkiyə məhkəmələrinə əmr verə bilməz.
– deyə, Türkiyə XİN-nin sözçüsü deyib.