UNEC kollektivi Novruz bayramını valideyn himayəsindən məhrum uşaqlarla qeyd edib

Baharın gəlişinin müjdəçisi, bolluq və bərəkət rəmzi olan Novruz bayramı münasibəti ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və Mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev, “Maliyyə və audit” kafedrasının dosenti Flora Kaşıyeva və tələbələr “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə baş çəkiblər.

Fakültə kollektivi sığınacaqda yaşayan valideyn himayəsindən məhrum olmuş uşaqlarla görüşərək, onları bayram sovqatları ilə sevindiriblər, Novruzun gəlişini böyük sevinc və bayram əhval-ruhiyyəsi ilə qeyd ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir