İsmayıllı DPTM -in tələbələri təqaüdlü təcrübə proqramına qatılacaqlar

İsmayıllı DPTM -in tələbələri təqaüdlü təcrübə proqramına qatılacaqlar

İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin 11 nəfər tələbəsi təqaüdlü təcrübə proqramında iştirak edəcək.

“İNFONEWS” – a İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzindən verilən məlumatda bildirilib ki, qarşılıqlı əməkdaşlıq çərçivəsində ilk dəfə “Castle Resort&Spa Hotel”də turizm və xidmət sahəsində təqaüdlü təcrübə proqramına start verib.

Turizm və digər ixtisaslar üzrə təhsil alan 11 nəfər tələbə “Castle Resort&Spa Hotel”də 3 ay müddətində təqaüdlü təcrübə keçmək şansı əldə ediblər. Onlar təcrübə dövründə təqaüd, mentor dəstəyi, qidalanma və transfer xərcləri ilə təmin ediləcəklər. Qarşılıqlı razılaşmaya əsasən, təcrübənin sonunda işlə təmin ediləcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir