Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Kembric Universitetinin alimlərinin texnoloji yeniliyi sayəsində indiyədək kəşf edilməyən planetlər tezliklə aşkarlana bilər.

“İNFONEWS” “Independent” saytına istinadla xəbər verir ki, Kembric Universitetinin fizikləri Edinburqdakı Heriot-Vatt Universitetinin alimləri ilə birlikdə astronomlara ulduz işığının rəngində kiçik dəyişiklikləri müşahidə etmək imkanı verən astrokomb formasını inkişaf etdiriblər. Bu yenilik elmə məlum olmayan planetləri üzə çıxara və kainatın təbii olaraq necə genişləndiyini başa düşməyə yardım edə bilər.

Tədqiqatlar əvvəllər ultrabənövşəyi spektrin yaşıl-qırmızı hissəsi ilə məhdudlaşırdı. İndi isə astronomlar bu texnoloji yenilik sayəsində spektrin mavi-yaşıl hissəsinədək istifadə edə biləcəklər.

Heriot-Vatt Universitetinin professoru Derik Reyd adi texnologiyadan onlarla və hətta yüzlərlə dəfə daha üstün olan astrokombların işıq spektrinin son dərəcə həssas dalğa uzunluğu ölçmələri aparmağa imkan verəcəyini deyir.

Professor Reydin komandası hazırda Çilidə tikilməkdə olan “Extremely Large” teleskopunun texnologiyasını inkişaf etdirir. Onlar, həmçinin “Uppsala” və “Capetown” astronomları ilə birgə Kanar adaları və Cənubi Afrikadakı teleskoplar üçün astrokomblar üzərində işləyirlər.

Alimlər bu sıçrayışın kosmosda gizlənmiş daha çox sirrin açılmasına böyük töhfə verəcəyini söyləyirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir