Misirdə “Azərbaycanı kəşf et” layihəsi 4-cü buraxılışına start verdi

Misirdə “Azərbaycanı kəşf et” layihəsi 4-cü buraxılışına start verdi

Misirin dövlət kanalı olan “Nile news”da “Azərbaycanı kəşf et” layihəsindən bəhs edilib.

“İNFONEWS” – a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, “Bu səhər” adlı verilişin əvvəlində müasir Azərbaycanın tanıtımına həsr olunmuş təqdimat nümayiş olunub. “Azərbaycanı kəşf et” layihəsinin rəhbəri Dr. Sədaqət Əliəşrəf və ICESCO-nun gənc sülh səfiri Sandi Salem ölkəmiz haqqında geniş məlumat verərək, “Azərbaycanı kəşf et” layihəsindən bəhs ediblər.

Adıçəkilən layihəyə yerli ictimaiyyət tərəfindən böyük marağın olduğu vurğulanaraq, artıq layihənin 4-cü buraxılışına start verildiyi elan edilib. Prezident İlham Əliyev tərəfindən Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar sözügedən müsabiqənin növbəti buraxılışının da yaşıl dünya naminə həmrəyliyə həsr olunduğu bildirilib.

Verilişi aşağıdakı linkdən izləmək olar: https://www.youtube.com/watch?v=yw-DzFfMYco

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir