Sumqayıtda 10 min zeytun ağacı əkildi – YAŞIL DÜNYA
Prezidenti İlham Əliyevin 25 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bununla əlaqədar Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq silsilə tədbirlər həyata keçirilir.
“İNFONEWS” AZƏRTAC-a istinadən xəbər verir ki, növbəti ağacəkmə aksiyası şəhər sakinlərinin və qonaqların sevimli istirahət yeri – Sumqayıt bulvarı ərazisində təşkil edilib. Tədbirdə şəhərin idarə, müəssisə, təşkilatları, ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şəhər rəhbərliyinin də qatıldığı aksiyası zamanı ərazidə 10 min zeytun ağacı əkilib, onlara aqrotexniki qulluq göstərilib.