Hesablama Palatası “Bakı Metropoliteni”ndə maliyyə auditi keçirəcək
Cari ildə Hesablama Palatası 45 audit həyata keçirməyi planlaşdırır.
“İNFONEWS” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov mətbuat konfransında çıxışı zamanı deyib.
Sədr əlavə edib ki, 2023-cü ilin dövlət büdcənin icrasına dair hesabat təqribən may ayının ortalarına təqdim ediləcək.
V.Gülməmmədov bildirib ki, cari ildə “Bakı Metropoliteni” QSC-də, büdcədənkənar fondlarda dövlət borcunun auditinin həyata keçirilməsi planlaşdırılır.