“Bu gün biz yeni bir tarix yaşadıq” – Politoloq Elman Telmanoğu
“Bu gün biz yeni bir tarix yaşadıq”
“İNFONEWS” xəbər verir ki, bunu politoloq Elman Telmanoğlu gündəmi zəbt edən tarixi hadisələrə açıqlamasında söyləyib.
“Bu günlərdə izlədiyimiz siyasi hadisələr Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!” dediyi həmin o cümlənin fonunda baş verir.
Yəni işğal altında olan dörd qeyri-anklav kənd bizə qaytarılır, amma anklav olan həm Qazax, həm də Naxçıvan tərəfdən hələ neçə anklavımız onlardadırr. Əslində, hələ qaytarılmayıb və əldə olunan razılaşmaya görə, mayın 15–ə kimi qaytarılmalıdır. Bu isə o deməkdir ki, bugünki hadisələr gələcəkdə əzəli Azərbaycan torpaqlarının yenidən bizə qaytarılmasına gətirib çıxarsına zəmin yaradır. Və əlbəttə, bu bir tarixi hadisədir ki, 200 ildən yuxarı olan yeganə tarixi hadisədir ki, Azərbyacnla Ermənistan arasın da heç bir qeyri- dövlətin əli olmadan, iştirakı olmadan öz aralarında razılaşıb, sərhəd cızdılar. Düşünürəm ki, yəni belə bir hadisə heç vaxt olmayıb. Biz bu gün yeni bir tarix yaşadıq” – deyə, bildirib.
Politoloq gələcəyə proqnozlarını isə belə izah edib:
“Bu razılaşmadan qıcıqlanan ölkələrin olacağı labüddür. Deyərdim ki, həmin ölkələr sırasında Fransa və digər bir neçə dövlət də olmaqla, Azərbaycan – Ermənistan siyasi hadisələrinin bu səpkidə gedişatına qıcıqlanacaqlar. Bu da Paşinyan hakimiyyətinə təsirsiz ötüşməyəcəkdir.
Amma həmin ölkələr anlamalıdırlar ki, artıq gecdir; Azərbaycan və Ermənistanın öz aralarında, kənar ölkələr olmadan yavaş-yavaş razılığa gələ bilirlər və bu, mümkündür. Bu isə o deməldir ki, gələcək biz düşündüyümüz kimi olacaqdır.
Biz bir daha cənab Prezidentin o vaxtlar dediyi “Biz hadisələri sahədən masaya daşıdıq” sözlərinin öz təsdiqini tapmasını, masa ətrafında danışıqların daha uğurlu olduğunu görürük. Və bu uğurun əsas əhəmiyyəti isə ondadır ki, hər iki tərəf itki – can itkisi, həyat itkisi verməməsindədir.”