Almaniyanın 2022-ci ildə təhsil və tədqiqat işlərinə xərcləri barədə

Almaniyanın 2022-ci ildə təhsil və tədqiqat işlərinə xərcləri barədə

Almaniya 2022-ci ildə təhsil və tədqiqat işlərinə 370 milyard avrodan çox vəsait xərcləyib.

“İNFONEWS” Deutschlandfunk radiostansiyasına istinadla xəbər verir ki, bu barədə Almaniyanın Federal Statistika İdarəsinin məlumatında deyilir.

Məlumata görə, bu, öncəki illə müqayisədə altı faiz və ya təxminən 21 milyard avro çoxdur. Həmin vəsaitin yarıdan çoxu dövlət və özəl uşaq bağçalarına, məktəblərə, universitetlərə və məktəb nəqliyyatının təkmilləşdirilməsinə yönəldilib.

Qeyd edək ki, 2022-ci ildə Almaniyanın təhsil və elmi-tədqiqat işlərinə ayırdığı vəsait ölkənin ümumdaxili məhsulunun 9,6 faizinə bərabər olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir