Gizli işsizlər– NÖVBƏTİ SƏNAYE İNQİLABINA DOĞRU

Gizli işçilər– NÖVBƏTİ SƏNAYE İNQİLABINA DOĞRU

“İNFONEWS”– un “NÖVBƏTİ SƏNAYE İNQİLABINA DOĞRU” layihəsi Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) İnklüziv Təhsil Mərkəzinin mütəxəssisi, Unec “Karyera Planlaması və İnkişafı” kafedrasının müəllimi, tədqiqatçı-ekspert Aysel Qaragözovanın təqdimatında növbəti buraxılışını təqdim edir:

GİZLİ İŞSİZLƏR

Dünya İqtisadi Forumun yaradıcısı, 2016-cı ildə “Dördüncü Sənaye İnqilabı” kitabının müəllifi Klaus Şvabın deyimi ilə vurğulasaq, “4-cü Sənaye İnqlabı” nın nəticəsi olaraq ortaya qoyulmuş məhsul, yəni süni intellekt böyük işsizlər ordusunun yaranmasına səbəb olacaqdır. Belə ki, süni zəka insan əməyini qismən və ya bütöv şəkildə əvəzləyəcək. Belə olan halda müəsisə 5 işçi əvəzinə bir robot işlədəcək, əvəzində isə onun baxımından və proqram təminatından başqa ona hər hansısa aylıq əmək haqqı ödəməyəcək. Bu minvalla müəsisə əmək haqqı xərcləri ilə yanaşı bir çox əməkdaş problemlərini də həll etmiş olur. Məsələn, günümüzün sahibkarları il ərzində, bəzən hətta bir ayın yarısının bayram günlərinə təsadüf etdiyi üçün qeyri – iş günlərinin çoxalması onların büdcələrinə birbaşa mənfi təsir etməsindən şikayətlənirlər. 4-cü Sənaye İnqlabının, süni intellektin müxtəlif işçi ehtiyyatlarının ixtisara düşməsinin göstərdiyi müsbət xüsusiyyət kimi işçinin üzərində əlavə nəzarət xərcləri, bayram vaxtlarında, stimullaşdırıcı mükafatlandırma xərcləri və s. kmi problemlərin avtomatik olaraq aradan qalxması hesab edilə bilər.

Gizli işsizlər- faktiki olaraq fəaliyyət göstərən, ölkədə məşğulluq səviyyəsinin rəqəm göstəricisində müsbət, lakin dəyər baxımından mənfi təsir göstərdiyi şəxslərdir.

Cəmiyyətin keçirdiyi üç sənaye inqlablarının hər birində insanlar özlərinə yenidən iş tapmaqda, gizli işsizlərin işlərinə davam etməsində heç bir maneə ilə rastlaşmadı. Bu tamamilə nəzarət və əvəzlənmə ilə bağlı olan məsələlərdən birbaşa olaraq asılıdır. 3-cü Sənaye İnqlabının gətirdiyi kompüterləşmə, kamera sistemləri və s. kimi yeniliklər işində zəif fəaliyyət göstərən şəxslərin təsbit edilərək ixtisarı ilə bağlı idisə, 4-cü Sənaye İnqlabının məhsulu olan süni intellekt birbaşa həmin zümrənin işinin robotlarla əvəzedilməsi ilə nəticələnəcəyini proqnozlaşdırır.

Ancaq bu əvəzlənmədən, bu ixtisarlardan işində real töhvə verə bilən zümrə narahatlıq keçirməməlidir. Əsas məhsuliyyət və narahatlıq gizli işsizlərin, yəni faktiki 09:00- 18:00 iş rejimində çalışan, əslində bu saatların real olaraq bir dəqiqəsini belə işləməyən ( dəyər yaratmayan) zümrənin payına düşür. Çünki reallıqdır ki, aktiv beyin, işində əmək verə bilən beyin yenə də ən azından ixtisasartırma edərək özünə uyğunlaşdırılmış yeni iş yeri tapa biləcəkdir.

Məsələyə makro səviyyədə proqnoz versək qeyd etməliyik ki, 4-cü Sənaye İnqlabının gətirəcəyi böyük işsizlər ordusunun tənzimlənməsi problemi dövlətin fokuslanmalı olacağı əsas problem mənbəsi olacaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir