Minaya düşən hərbi qulluqçunun vəziyyəti barədə AÇIQLAMA
Aprelin 29-da Qazax rayonunun Quşçu Ayrım kəndinin əvvəllər Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş hissəsində mina partlayıb.
“İNFONEWS” xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.
Verilən məlumata görə, mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun ayağından xəsarət alması faktı ilə bağlı Şəmkir hərbi prokurorluğunda araşdırma aparılır.
DSX hərbi qulluqçusu Vüsal İsmayılovun müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.