BDU-nun 105 illiyinə həsr edilmiş Karyera Festivalı başlanıb
Bakı Dövlət Universitetində (BDU) Dövlət Məşğulluq Agentliyinin təşkilati dəstəyilə Karyera Festivalı keçirilir.
“İNFONEWS” xəbər verir ki, açılış mərasimində BDU-nun rektoru Elçin Babayev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli çıxış ediblər.
Tədbirdə məlumat verilib ki, BDU-nun 105 illik yubileyinə həsr olunmuş Karyera Festivalında ölkəmizin nüfuzlu 105 şirkəti universitetin tələbə və məzunlarına 1245 vakansiya, 98 təcrübə, 9 təqaüd proqramı təqdim edir.
Festivalın keçirilməsində məqsəd tələbə və məzunların əmək bazarına çıxışını asanlaşdırmaq, işəgötürənlərlə əlaqələrin qurulmasını təmin etməkdir.
Mayın 1-də müxtəlif mövzularda vörkşop və panel müzakirələr keçiriləcək.